"PSJ" Fransa Super Kubokunu qazandı / VİDEO

Futbolda

4 Avqust 2018 0

Son Fransa çempionu "PSJ" yeni mövsümdə ilk kubokunu qazandı. 

Futbolda.az xəbər verir ki, bu gün baş tutan Fransa Super Kuboku matçında "Monako" üzərində 4-0 hesablı inamlı qələbə qazanan "PSJ" yeni mövsümdə yeni baş məşqçisi ilə ilk kubokunu qazanmış oldu. 

Matça bir çox əsas futbolçularsız çıxan PSJ gənc və istedadlı futbolçuları ilə "Monako"ya heç bir şans vermədi. 

Matçda qolları 33 və 90-cı dəqiqələrdə Angel Di Maria, 40-cı dəqiqədə Nkunku və 67-ci dəqiqədə Tim Weah vura bilib. 

Qeyd edək bu "PSJ"-nin sayca 8-ci Super Kuboku-dur. 



Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur