Messi yoxsa Ronaldo? Buffon öz seçimin etdi

Futbolda

23 Mart 2018 0

İtaliya millisi və Yuventus klubunun 40 yaşlı kapitanı Buffon, MessiRonaldo arasında olan fərqlərdən danışıb. 

Futbolda.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Buffon Messi və Ronaldo arasında seçim etməkdən imtina edərək onların fərqli futbolçular olduqlarını qeyd edib. 

"Bir neçə dəfə onlarla qarşılaşmışam. Hər iki futbolçu fərqlidirlər." 

"Messi daha komplekt futbolçudur. Matçı meydançanın özünə aid hissəsindən başlayaraq oynamağı sevir. Daha texnikalı və oyunu qurmaq qabilliyyətinə malikdir. 

"Ronaldo isə, xüsusi ilə son illərdə daha çox bitirici rolunu oynayır. Oyun zamanı enerjisini saxlayaraq lazım olan anlarda topu götürüb qollarını vura bilir."

"Aydın olan odur ki, hər iki futbolçu çox qorxuldur." 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur