Salah poker etdi, "Liverpul" qazandı / VİDEO

Futbolda

18 Mart 2018 0

İngiltərə Premyer Liqasında "Liverpul" Salah-ın 4 qol və 1 məhsuldar ötürməsi ilə qələbə qazandı. 

Futbolda.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 31-ci turunda öz meydanında Vatford klubunu qonaq edən Liverpul 5-0 hesablı qələbə qazana bildi. 

Bu mövsüm möhtəşəm formada olan Məhəmməd Salah, bu matçda 4 qol və 1 məhsuldar ötürmə ilə tarixi bir oyun ilə yadda qaldı. 

Bu matçdan sonra premyer liqada 29 qolla Məhəmməd Salah liderlik edir. Yay transfer pencərəsində Roma-dan transfer olunan Salah bu mövsüm bütün turnirlərdə toplam olaraq 36 dəfə rəqib qapıçılarını məyus etməyi bacarıb. 

Qeyd edək ki, aktivində 63 xalı olan Liverpul hazırda turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.  



Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur