İtaliya baş məşqçisi vəzifəsinə son 3 namizəd bəlli oldu

Futbolda

28 Fevral 2018 0

İtaliya milli komandasının yeni baş məşqçisi Luigi Di Biagio, Antonio Conte və ya Roberto Mancini olacaq. 

Futbolda.az xəbər verir ki, bu haqda İtaliya Futbol Federasiyasımın vitse-prezidenti Alessandro Costacurta açıqlama verib. 

İtaliya millisinin DÇ-2018-ə vəsiqə qazana bilməməsindən sonra baş məşqçi Gian Piero Ventura vəzifəsindən uzaqlaşdırılmışdır. 

Hazırda milli komandada müvəqqəti olaraq U-21 millisinin baş məşqçisi Di Biagio çalışır və qarşıdan gələn yoldaşlıq görüşlərinə əsas komandanı çıxaracaq. 

Lakin yeni baş məşqçinin adı İyun ayına kimi məlum olacaq. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur