Avropa-nın top liqalarında son durum

Futbolda

26 Fevral 2018 0

Avropanın top 5 liqası sayılan la liqa, bundesliqa, seriya a, fransa liq 1 və ingiltərə premyer liqasında növbəti turun matçları yekunlaşdı. 

Futbolda.az xəbər verir ki, Mançester Siti, Barselona, Bayern Münxen, PSJ və Napoli klubları öz liqalarında zirvədəki yerlərini qoruya bildilər. 

İngiltərə Premyer Liqası: 

Mançester Siti İngiltərə Liqa Kubokunda final matçında Arsenal ilə matça çıxdığı üçün bu həftəsonu premyer liqa matçına çıxa bilmədi. Final görüşündə Arsenal-ı 3-0 məğlub edən Qvardiyolanın komandası bu mövsüm ilk kubokunu qazanmış oldu. 

Turnir cədvəlində ikinci olan Mançester Yunayted isə öz meydanında çətin keçən matçda Çelsi-ni 2-1 məğlub edərək ikinci pillədəki yerini qoruya bildi. Liverpul və Tottenham klublarıda bu tur qələbə qazanaraq turnir cədvəlində 3-cü və 4-cü yerlərdə qərarlaşdılar. 

Çelsi isə məğlub olmaqla 5-ci pilləyə enməli oldular.

İspaniya La Liqası: 

Hələki bu mövsüm liqa matçlarında məğlubiyyət yaşamayan Barselona 25-ci tur çərçivəsində öz meydanında Jirona klubunu 6-1 məğlub edərək liderliyini davam etdirir. Suarez isə bu matçda hat-trick etməyi bacardı. 

Kataloniya klubunun ən yaxın izləyicisi Atletiko Madrid isə çətin Sevilya matçında 5-2 qələbə qazanaraq ikinci pillədə yerini qoruya bildi. 

Real Madrid isə öz meydanında Alaves üzərində 4-0 qələbəyə sevindi. Kral klubu hazırda 51 xalla üçüncü yerdə qərarlaşıb. 

İtaliya Seriya A: 

Lider Napoli klubu 26-cı tur matçına bu gün çıxacaq. Yuventusun dünən baş tutmalı olan matçı isə güclü qar səbəbi ilə təxirə salındı. 

Turun ən maraqlı matçında isə Milan səfərdə Roma üzərində 0-2 hesablı qələbə qazanaraq möhtəşəm formunu davam etdirdi. 

Fransa Liqası: 

Fransa Liqasının vahid lideri olan PSJ bu tur öz meydanında ən yaxın rəqibi olan Marsel klubunu qonaq etdi. Rəqib üzərində 3-0 hesablı qələbə qazanan PSJ, xallarını 71-ə çatdırdı. 

Monako klubu öz meydanında Tolouse klubu ilə 3-3 bərabərə qaldı. 

Hazırda PSJ-nin ən yaxın izləyicizi ilə arasında 14 xal fərqi var. 

Almaniya Bundesliqası: 

Son 5 bundesliqa çempionu Bayern Münxen klubu bu 24-cü turda öz meydanında Hertha Berlin klubu ilə 0-0 heç-heçəyə razılaşmalı oldu. 

Son 10 həftədən sonra ilk dəfə Bayern klubu liqada xal itkisinə məruz qaldı. 

24-cü turdan sonra aktivində 60 xalı olan Bayern ən yaxın rəqiblərini 20 xal qabaqlayır. 




 



Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur