Top avropa liqalarında artıq 100 qol vurmuş klublar

Futbolda

25 Fevral 2018 0

Bir çox top avropa liqalarında mövsüm ortası olmasına baxmayaraq artıq 4 klub bu mövsüm 100 qol vurmağı bacarıb. 

Futbolda.az xəbər verir ki, mövsüm başlayandan hazırda yalnız dörd klub 100 qol vurmağı bacarıb. Bunlar Liverpul, Real Madrid, PSJ və Mançester Siti klublarıdır. 

"Liverpul" klubu ingiltərə premyer liqasının son turunda "Vest Ham" klubu ilə matçda 100-cü qollarını rəsmiləşdirə bildilər. 

"Real Madrid" isə son la liqa matçında "Alaves" qapısından 5 cavabsız qol keçirərək mövsümdə 103 qola çata bildilər. 

Bu klublar arasında ən çox qol vuran isə "PSJ"-dir (132 qol). "Mançester Siti" isə 111 qolla ikinci pillədə yer alıb. 

1. PSJ - 132 qol 

PSJ klubu

2. Mançester Siti (111 qol) 

Mançester Siti klubu

3. Real Madrid (103 qol) 

Real Madrid klubu

4. Liverpul (103 qol) 

Liverpul klubu

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur