Doqquz futbolçu qırmızı kart aldı, matç dayandırıldı / VİDEO

Futbolda

19 Fevral 2018 0

Braziliya çempionatında meydandan doqquz futbolçunun kənarlaşdırılmasından sonra hakim matçı dayandırıb.

Futbolda.az espn.com saytına istinadən xəbər verir ki, hadisə Braziliyanın Baya ştatının çempionatı çərçivəsində “Vitoriya” və “Baya” komandaları arasında keçirilən matçda qeydə alınıb.

Penaltinin təyin olunmasından sonra ot örtüyü döyüş meydanına çevrilib. Kütləvi dava nəticəsində beş futbolçu geyinib-soyunma otağına göndərilib. Bir neçə dəqiqədən sonra daha iki futbolçu oyundan kənarlaşdırılıb.

Əsas vaxtın başa çatmasına 13 dəqiqə qalmış “Vitoriya” iki futbolçusunu itirib və meydanda cəmi altı futbolçusu qaldığından, hakim matçı dayandırmaq məcburiyyətində qalıb.



Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur