Avropa liqalarında bu mövsüm hələ məğlub olmayan 5 klub

Futbolda

10 Fevral 2018 0

Bir çox avropa liqalarında artıq mövsümün ikinci hissəsi start götürsədə, bəzi klublar öz liqalarında məğlubiyyət görməyiblər. 

Futbolda.az olaraq sizlərə avropa liqalarında hələ ki məğlubiyyət yaşamayan 5 klubu təqdim edirik: 

1. Barselona (La Liqa) 

Hazırda 58 xal ilə turnir cədvəlinə liderlik edən kataloniyalılar keçirdikləri 22 matçın 18-də qələbə 4-də isə heç-heçə qazanıblar. 

Barselona

2. Porto (Portuqaliya) 

Öz liqalarında keçirdikləri 20 matçın 16-da qələbə 4-də isə heç-heçə əldə edən klub hazırda ilk pillədə qərarlaşıb. 

Porto

3. Viktoria Plzen (Çex Respublikası) 

Klub 16 matçda 15 qələbə və 1 heç-heçə qazanaraq 46 xalla ilk pillədə qərarlaşıb. 

Viktoria Plzen

4. Dinamo Zagreb (Xorvatiya)

50 xalla ilk pillədə qərarlaşan Dinamo Zagreb klubu keçidikləri 20 matçın 15-də qələbə 5-də isə heç-heçə qazana bilib. 

Dinamo Zagreb


5. Lincoln Red Imps (Gibraltar)

İspaniyanın cənubunda yerləşən balaca adanın çox yaxşı bir liqası var. Lider Lincoln Red İmps komandası isə hazırda keçirdikləri 10 matçın hər birində qələbə qazana bilib və lider mövqeyində qərarlaşıb. 

Lincoln Red İmps


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur