Rivaldo: "Messi və Ronaldu ilə rəqabətə girə bilərdim"

Futbolda

20 Dekabr 2017 0

“Barselona”nın keçmiş hücumçusu Rivaldo, müasir futbolda “Qızıl top” uğrunda mübarizədən danışıb.  

“Mən Messi ilə birgə oynamaq istəyərəm. O, dünyada ən yaxşıdır, oyunu həll edəndir.

Ronaldu? O, “Real”ın ən təhlükəli oyunçusudur. Messi kimi onu dayandırmaq çətindir, hər ikisi çox qol vurur, onlardan nə gözləyəcəyini bilmirsən.

Əgər Kriştianu öz “Qızıl top”larını udubsa, deməli o, buna layiqdir. Mənim zamanımda dünyanın ən yaxşısı olmağa indikindən daha çox oyunçu namizəd idi.

Mən Fiqu, Del Pyero və Tottini xatırlayıram, amma indi üzdə eyni oyunçulardır və mən əminəm ki, Messi və Ronaldu ilə rəqabətə girə bilərdim, çünki mənim zamanımda oynamaq çətin idi”, - Rivaldo deyib. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur