Neymar Braziliyaya uçub

Futbolda

13 Dekabr 2017 0

“PSJ”nin hücumçusu Neymar, Fransa Liqa kubokunda “Strasbur”a qarşı oyunu buraxmalı olacaq.

 

Komandanın baş məşqçisi Unayi Emeri, 25 yaşlı hücumçunun ailə məsələlərinə görə Braziliyaya getdiyini xəbər verib.

“Şənbə günü səhər o, mənə zəng edərək, ailəvi işlərinin olduğunu dedi. O, məndən Braziliyaya getməsi üçün icazə istədi, bu onun üçün vacib idi”, - Emeri deyib.

 

Müdafiəçilər Tiaqo Silva və Leven Kurzava, həmçinin, yarımmüdafiəçilər Adrien Rabyo və Tiaqo Motta zədə üzündən bu oyunda olmayacaq.

 

“Strasbur”-“PSJ” matçı 13 dekabr, Bakı vaxtı ilə 00.05-də başlayacaq. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur