"Everton" avrokuboklarda ingilis klublarının ən pis nəticələrini təkrarlayıb

Elnur Jamal

24 Noyabr 2017 0

“Atalanta”ya 1:5 hesabı ilə məğlub olan “Everton”, ingilis klublarının avrokuboklarda ən pis nəticələrini təkrarlayıb.

Bu məğlubiyyət, son 21 ildə ingilis klubları üçün Avropa Liqası/UEFA Kubokunda ən böyük hesablıdır. 1996-cı ildə “Nottingem Forest” evində “Bavariya”ya 1:5 hesabı ilə məğlub olub.

Bundan başqa, 5 turdan sonra “Everton”un hesabında cəmi bir xal var – daha az, 1995-ci ildə Çempionlar Liqasında çıxış edən “Blekbern”də olub.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur