Obameyanq "Borussiya" rəhbərliyinin qərarından narazıdır

Elnur Jamal

17 Noyabr 2017 0

Dortmund “Borussiya”sının hücumçusu Pyer-Emerik Obameyanq, klub rəhbərliyinin məşqə gecikdiyindən, onu Almaniya çempionatının 12-ci turunda keçiriləcək “Ştutqart”la matçın iştirak ərizəsindən çıxarmağına narazı qalıb.

“Keçən il mən məşqə gecikib qaydaları pozduğuma görə cəzalandırılmışdım. Amma bu dəfə hər şey başqa cür idi. Mən gecikmək istəmirdim. “Borussiya” rəhbərliyinin məni oyundan kənarlaşdırmasını anlamıram”, - Obameyanqın sözlərini Bild təqdim edir.

Qeyd etmək lazımdır ki, futbolçu məşqin 14:30 –da başlamalı olduğunu düşünərək, 14:20-də gəlib. Amma məşq 14:00-da start götürüb.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur