Obameyanq heyətdən kənarlaşdırıldı

Elnur Jamal

17 Noyabr 2017 0

“Borussiya” Dortmundun hücumçusu Pyer-Emerik Obameyanq Bundesliqanın 12-ci turunda “Ştutqart”-la oyunu buraxacaq.

28 yaşlı qabonlu nizam-intizam səbəblərindən qarşıdakı oyundan çıxarılıb. Bild xəbər verir ki, qərar Obameyanqın yığma oyunları fasiləsində Barselonaya uçması səbəbi ilə qəbul olunub. Obameyanq və onun qardaşı Villinin "Shôko" gecə klubunda istirahət etmələrinin foto və videoları instagrama düşüb. Qardaşların stolunda şampan olub.

Bundan öncə Obameyanq, hal-hazırda “Barselona”-da çıxış edən keçmiş komanda yoldaşı Usman Dembeleni ziyarət edib.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur