Evra "Marsel" klubu tərəfindən cəzalandırıldı

Futbolda

4 Noyabr 2017 0

Marsel klubu Patrik Evra-nı qeyri-müəyyən müddətə cəzalandırdı. 

Futbolda.az espnfc.com saytına istinadən xəbər verir ki, Avropa Liqası oyunu zamanı Marsel klubunun müdafiəçisi Patrik Evra oyunu izləməyə gələn azarkeşə təpiklə zərbə vurduğuna görə ilkin olaraq Marsel klubu tərəfindən qeyr-müəyyən müddətə cəzalandırılıb. 

Klub futbolçu ilə danışdıqdan sonra hansı cəzanın veriləcəyini müəyyən edəcək. 

Qeyd edək ki, Evra oyun başlamadan öncə etdiyi bu hərəkətə görə qırmızı kart ilə oyundan qovulmuşdur. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur