"PSG"-də Neymar-a verilən xüsusi üstünlüklər hansılardır?

Futbolda

25 Oktyabr 2017 0

Neymar-a "PSG"-də verilən üstünlüklər hansılardır? 

Futbolda.az Marca dərcinə istinadən xəbər verir ki, Braziliyalı ulduz futbolçu hazırda çıxış etdiyi PSG klubunda digər futbolçulara nisbətən daha çox üstünlüklərə malikdir.

Belə ki, futbolçunun PSG klubu ilə əldə etdiyi razılığa görə məşq zamanı məşqlər zamanı futbolçuya qarşı sərt oynamaq olmaz, Neymar üçün xüsusi olaraq bir yox iki fizioterapevt ayrılıb və oyun zamanları müdafiədə komandasına kömək etmək məcburiyyətində deyil. 

Bundan əlavə öz şəxsi brendi altında olan xüsusi oyun çantalarını özü ilə daşımaq imkanına malik yeganə futbolçudur. 

Gələn mövsüm isə futbolçu artıq penaltiləri yalnız özü vurmaq imkanına malik olacaq. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2019 - Bütün hüquqlar qorunur