"Ançelotti"-yə qarşı olan 5 futbolçu kimlər idi?

Futbolda

30 Sentyabr 2017 0

"Bayern" prezidenti beş klub futbolçunun Ançelotti-yə qarşı olduğunu açıqlayıb. 

Futbolda.az xəbər verir ki, UEFA Çempionlar Liqasında PSG-yə 3-0 məğlub olan Bayern İtaliyan mütəxəssisi vəzifəsindən kənarlaşdırmaq qərarına gəldi. Mütəxəssisin vəzifəsini tərk etməsindən sonra klub prezidenti Hoeness maraqlı açıqlaması ilə yadda qalıb. 

Ançelotti-nin vəzifəsindən kənarlaşdırılmasını şərh edən klub prezidenti "Klubda 5 futbolçu Ançelotti-yə qarşı idi" sözləri ilə jurnalistlərə cavab verib. 

Klub prezidenti bu futbolçuların adlarını açıqlamasada, bu beş futbolçular arasında Robben, Ribery, Robert Lewandowski, Thomas Muller olduğu qeyd olunur. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur