"Mançester Yunayted" - "Liverpul" / oyunöncəsi təhlil

Futbolda

10 Mart 2018 0

Bu gün İngiltərə Premyer Liqasının 30-cu turunda möhtəşəm bir derbinin şahidi olacayıq. 

Mançester Yunayted öz meydanında cəmi iki xal fərqi ilə qabaqladığı Liverpul klubunu qonaq edir. 

Mançester Yunayted

Qırmızı şeytanların heyətində Fellaini artıq zədəsini sağaldaraq matça hazır vəziyyətdədir. Bundan əlavə müdafiəçi Eric Bailly-də dizində olan zədəsini sağalda bilib. Lakin Antoni Martial son matçda aldığı zədə səbəbi ilə bu matçı buraxmalı olacaq. Zlatan İbraimoviç, Daley Blind və Andre Herrera-da bu matçda iştirak edə bilməyəcəklər. 

Liverpul 

Liverpul klubuna gəldikdə isə Andrew Robertson, Jordan Henderson və Georginio Wijnaldum artıq zədələrini sağaldaraq matça hazırdırlar. 

Xose Mourinyo matç haqqında: 

"Mənim üçün bu sadəcə iki böyük klub arasında tarixi bir matçdır, təkcə ingiltərə üçün yox, həmçinin dünya futbol üçündə. Əlbəttə qalib gəlmək istəyirəm. Onlar turnir cədvəlində bizə çox yaxındırlar. Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanan bir komandadır. 

Jurgen Kloop matç haqqında:

"Əgər müdafiə olunmalıyıqsa, o zaman bütünü gücümüz ilə etməliyik. Burada məsələ sistem mübarizəsi deyil, sadəcə iki çox güclü klubların mübarizəsidir. Onlar hücum etdikdə, bütün komandamın müdafiə olunmasını istəyirəm. Yaxşı olduğumuzu göstərmək istəmirik, sadəcə yaxşı nəticə istəyirik." 

Bu komandalar arasında baş tutan son David De Gea-nın möhtəşəm qurtarışları sayəsində 0-0 hesabı ilə yekunlaşmışdır. 

Ehtimal olunan start heyətlər: 

Mançester Yunayted - David De Gea, Valensiya, Bailly, Smalling, Young, McTomminay, Matic, Pogba, Lingard, Lukaku, Sançez. 

Liverpul - Karius, Arnold, Lovren, Van Dijk, Robertson, Chamberlain, Henderson, Can, Salah, Firmino, Mane. 


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2018 - Bütün hüquqlar qorunur