Çempionlar Liqası 1/4 final mərhələsinin püşkatma mərasimi nə vaxt olacaq?

Futbolda

8 Mart 2018 0

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə artıq 4 klub öz adını yazdıra bilib. 

Bunlar Real Madrid, Yuventus, Mançester SitiLiverpul klublarıdır. Daha 4 klub isə 13-14 Mart tarixlərində məlum olacaq. 

13 Mart tarixində Mançester Yunayted - Sevilya və Roma - Şaxtyor matçları baş tutur. 

14 Mart tarixində isə Beşiktaş - Bayern və Barselona - Çelsi matçları olacaq. 

1/4 final mərhələsinin püşaktam mərasimi isə 16 Mart saat 15.00-da İsveçrə-nin Nyon şəhərində baş tutacaq. 


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2018 - Bütün hüquqlar qorunur