Allegri: "Yenə Barselona ilə qarşılaşmaq istəmirəm"

Futbolda

8 Mart 2018 0

Yuventus baş məşqçisi Massimiliano Allegri UEFA Çempionlar Liqasının növbəti pley-off mərhələsində Barselona-dan başqa istənilən klub ilə qarşılaşmağa razıdır. 

Futbolda.az xəbər verir ki, bu haqda İtaliyalı mütəxəssis Tottenham üzərində qələbədən sonra "ViaSport"a verdiyi müsahibədə danışıb. 

"Növbəti mərhələdə qarşılaşmaq istəmədiyim yeganə klub Barselona-dır. Hər il, Barselona, Barselona, Barselona. Artıq bəsdir" deyə baş məşqçi qeyd edib. 

Qeyd edək ki, son 4 mövsümdə Yuventus 3 dəfə Barselona ilə qarşılaşmalı olub. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2018 - Bütün hüquqlar qorunur