Bu futbolçular "PSJ"ni tərk edə bilər

Futbolda

8 Mart 2018 0

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Real Madrid klubuna məğlub olaraq turniri tərk edən PSJ klubunda bu yay bir çox deyişikliklərin olacağə gözlənilir. 

Klub son yay transfer pencərəsində xərclədiyi böyük məbləğlər sayəsində avropda dominant bir klub yaratmaq niyyətində olsa da, bu arzu hələ ki real olmayıb. Fransa 1-ci liqasında rəqib tanımayan PSJ, UEFA Çempionlar Liqasında bu uğuru təkrar edə bilmir. 

Baş məşqçi Emery-nin mövsüm sonu klubu tərk edəcəyi artıq hər kəsə məlum olsa da, bu yay bir neçə futbolçuda klubu tərk etməli olacaqlar. 

Klubu tərk edə biləcək futbolçulardan biri Braziliyalı müdafiəçi Dani Alves-in olacağı deyilir. Futbolçunun 2019-cu ilə qədər müqaviləsi olsa da, digər gənc müdafiəçilərin inkişafinda əngəl olduğu deyilir. 

Hücum xəttində isə Edinson Cavani, Marco Verratti, Ángel Di María və Javier Pastore kimi futbolçuların klubu tərk etmək ehtimalı var. 


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2018 - Bütün hüquqlar qorunur