UEFA Çempionlar Liqasında yeniliklər

Futbolda

27 Fevral 2018 0

2018-19 mövsümündən başlayaraq UEFA Çempionlar Liqasında bir sıra mühüm deyişikliklər olacaq. 

Futboolda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, çempionlar liqasına qatılmaq qaydaları və bəzi maliyyə qazanmalarında bir sira yeni deyişikliklər olacaq. 

Beləliklə, UEFA-nın bu gün ki açıqlamasını sizlərə təqdim edirik: 

Pley-off mərhələsindən gələn klubların sayı azalacaq: 

UEFA Çempionlar Liqasında iştirak edəcək klubların sayında azalma olmasa da, turnirə pley-off mərhələsindən gələ biləcək klubların sayında azalma olacaq. Beləliklə, reytinq üzrə ilk 4 pillədə olan ölkələrin çempionatlarında ilk dörd yerin sahibi birbaşa ÇL-nın qrup mərhələsinə vəsiqəni təmin edə biləcək. Ölkə xalına görə 5 və 6-cı yerlərdə olan ölkələrin çempionatlarında ilk iki yerin sahibi birbaşa ÇL-nın qrup mərhələsində iştirak edəcək. 7,8,9 və 10-cu pillələrdə olan ölkələrin liqalarında isə yalnız çempion klublar birbaşa vəsiqəni təmin edə biləcəklər. Yeni sistemə görə UEFA Çempionlar Liqasına qatılmalı olan 32 klubdan 26-sı birbaşa olaraq turnirə qatıla biləcəklər. Yerdə qalan 6 yer uğrunda isə pley-off mərhələsində mübarizə olacaq. 

Köhnə sistemdə isə 22 klub birbaşa turnirə qatıla bilirdi və daha 10 klub isə pley-off mərhələrindən keçərək (Qarabağ FK kimi) turnirə qatıla bilirdi. 

Bundan əlavə artıq Bundesliqa, İngiltərə Premyer Liqası, la liqa və Seriya A-da 4-cü pillədə olan klublar UEFA Çempionlar Liqasına pley-off oynamadan keçə biləcəklər. 

Çempionlar Liqasında oyunların başlama vaxtları dəyişir: 

UEFA Çempionlar Liqası matçları artıq hamımızın bildiyi 23.45-də start götürməyəcək. Çərşənbə axşamı və Çərçənbə günləri matçların bəziləri Bakı vaxtı ilə 20.55-də bəzi matçlar isə 23.00-da start götürəcək. 



Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2018 - Bütün hüquqlar qorunur