"Real Madrid" 150 milyon avro təklif edir

Futbolda

23 Fevral 2018 0

Robert Levandovski son 10 ildə çalışdığı agenti ilə yollarını ayırıb. 

Futbolda.az xəbər verir ki, bu haqda Polşa mətbuatında maraqlı xəbərlər yayılmağa başlayıb. 

Son 10 ildə Cezary Kucharski ilə çalışan futbolçu artıq bundan sonra Pini Zahavi ilə işləyəcək. Pini Zahavi Neymar-ın "PSJ"-yə keçidində böyük rol oynadığı deyilir. Son məlumatlara görə artıq Pini Zahavi Real Madrid ilə futbolçunun transferi üçün danışıqlara başlayıb. 

"Real Madrid" futbolçu üçün 150 milyon avro təklif etməyə hazır olduğunu bilirib. 

Hazırda ən böyük əngəl "Bavariya" klubunun futbolçu ilə ayrılmaq istəyinin olmamasıdır. Polşalı futbolçunun bundesliqa çempionları ilə 2021-ci ilə qədər müqaviləsi var. 


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2018 - Bütün hüquqlar qorunur