"Çelsi" "Barselona"nı necə məğlub edə bilər?

Futbolda

20 Fevral 2018 0

Bu gün UEFA Çempionlar Liqasında "Çelsi" öz meydanında "Barselona"nı qəbul edir. 

Hər iki klubun hazırkı durumlarına baxdıqda bir çox mütəxəssislər "Barselona"-nın daha üstün olduğu fikrindədir. 

Futbolda.az olaraq "Çelsi"-nin bu qarşılaşmadan necə üstün olaraq çıxa biləcəyi versiyalarını təqdim edirik: 

1. Matçı fiziki olaraq oynamaq

İngiltərə klublarının hər zaman daha aqressiv və sərt matçlara öyrənceli olduğu hər kəsə məlumdur. "Barselona" ilə matçda daha fiziki ola bilsələr Çelsi ən azı ilk matçda istədiyi nəticəni əldə edə bilər. 

2. Messi-Alba əlaqəsini zərərsizləşdirmək 

Neymarın klubdan gedişindən sonra Jordi Alba daha azad oynmağa başlayıb. Müdafiəçinin sol cinahdan keçidləri çox zaman Messi-nin qolları ilə yadda qalır. Əgər Çelsi bu əlaqəni zərərsizləşdirə bilsə klub daha üstün bir matç oynaya bilər. 

3. Daha sıx oynamaq 

Barselona kimi bir klubun ən üstün cəhəti futbolçuların 1-2 paslarla cərimə meydançasına daxil ola bilmələridir. Əgər Çelsi kataloniya klubu ilə daha sıx oynaya bilərsə, Barselona daha çox cərimə meydançasında asmalarla Çelsi-nin qapısına yol tapmağa çalışacaq. Lakin Barselona kimi bir klubun havada yaxşı oynamadığı hər kəsə məlumdur. 



Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2018 - Bütün hüquqlar qorunur