Messi-nin qarşılaşdığı, lakin qol vura bilmədiyi klublar (Siyahı)

Futbolda

20 Fevral 2018 0

Lionel Messi "Barselona" karyerası ərzində qarşılaşdığı klublardan cəmi 12-nə qol vura bilməyib. 

Futbolda.az olaraq sizlərə Messi-nin qol vura bilmədiyi güclü klubların siyahısını təqdim edirik: 

1. Udineze 

2005-ci ildə UEFA Çempionlar Liqasında qarşılaşdığı "Udineze" klubu ilə matçda Barselona 4-1 hesabı ilə qələbə qazana bilsə də, gənc Messi bu matçdan rəqib qapısına qol vura bilməmişdir. 

Cavab matçında isə Messi ümumiyyətlə meydanda olmamışdır. 

2. Liverpul

2007-ci ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsində iki dəfə iştirak etdiyi matçlardan Messi Liverpul qapısından qol keçirə bilməmişdir. 

3. Benfika

2006 və 2013-cü illərdə bu klubla qarşılaşsa da, qapılarından qol keçirə bilməmişdir. 

4. İnter 

2010-cu ilə yarımfinal matçında İnter ilə qarşılaşan Messi Mourinyo-nun komandasına qol vura bilməmişdir. Hətta qrup mərhələsinin qarşılaşmalarında belə, Messi İtalyanlara qol vura bilməmişdir. 

5. Çelsi

Messi Barselona futbolçusu kimi Çelsi ilə 8 dəfə qarşılaşsa da, heç bir matçda qol vura bilməmişdir. 2009-cu ilə ÇL-sı yarımfinalında qol vurmasa da, komandasına qələbə qazandıran qolun məhsuldar ötürməsini verə bilmişdir. 

Qeyd edək ki, Barselona bu gün saat 23.45-də səfərdə Çelsi-nin qonağı olur. 


Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2018 - Bütün hüquqlar qorunur