"Real Madrid" 150 milyonluq təklifi qəbul etmədi

Futbolda

15 Fevral 2018 0

"Real Madrid" Marko Asensio üçün Liverpul tərəfindən təklif olunan 150 milyon avroluq təklifi qəbul etməyib. 

Futbolda.az xəbər verir ki, qış transfer pəncərəsində "Liverpul" klubu Koutinyo-nun yerini doldurmaq üçün Marko Asensio-nu öz heyətinə qatmaq niyyətində olub. İspaniya mətbuatının bu xəbərini Florentino Perez dünən baş tutan Real Madrid 3-1 PSJ matçından sonra verdiyi müsahibə zamanı təsdiqləyib. 

Klub prezidenti təklifin qiymətini açıqlamasa da, maraqlı şərh verib. "Əgər Marko Asensio-nu transfer etmək istəyən varsa, dəyəri 700 milyon avro." 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2018 - Bütün hüquqlar qorunur