Rusiya klubu Neymar-ı transfer etməkdən imtina edib

Futbolda

8 Fevral 2018 0

Rusiyanın Lokomotiv Mosvka klubu 2008-ci ildə Neymarı transfer etməkdən imtina edib. 

Futbolda.az xəbər verir ki, klub rəhbərliyi futbolçunu 2008-ci ildə "Santos" klubunun heyətində Gənclər Kubokunda iştirak edərkən görüb və futbolçunu transfer etməkdə maraqlı olublar. Lakin klub rəhbərliyi qiymətin onlara uyğun olmaması və bəzi digər səbəblərə görə futbolçunun transfer etməkdən imtina ediblər. 

Klubun keçmiş prezidenti isə məsələni bu cür izah edib: "Biz Neymarın transferi haqqında çox düşündük. Onu transfer etmək istəyirdik, skautlarımız onu yaxından izləmişdilər. Lakin bəzi çox böyük şübhələrimiz var idi. Futbolçunun çox cavan olması və Rusiya mühütünə oyrəşməkdə çətinlik çekə biləcəyini nəzərə alaraq bu transferdən imtina etdik." 

Qeyd edək ki, klub Neymar-ın əvəzinə yerli futbolçu Alan Gatagovu transfer etmişdilər. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2018 - Bütün hüquqlar qorunur