Real yoxsa Barselona, kim transferlərə daha çox pul xərcləyib?

Futbolda

10 Yanvar 2018 0

"Real Madrid" və "Barselona" klubları son illərdə öz transferləri ilə hər kəsin diqqətini cəlb etməyi bacaran klublardır. 

Təkcə son illərdə "Real Madrid" Ronaldo, Bale və Xames Rodrigez kimi fubtolçuları rekord məbləğlərə transfer etmişdi. Barselona isə son illərdə Neymar, Dembele və Koutinyo-nun transferi ilə pul xərcələməkdən çəkinmədiyini sübut etmişdir. 

Son 18 ilin transfer məbləğlərinə baxdıqda "Real Madrid" klubu toplam olaraq 1 milyard 628 milyon dollar pul xərcləyib.  "Barselona" isə rəqibindən daha az 1 milyard 554 milyon dollar transferlərə pul xərcələyib. 

Qazanılan titullarla baxdıqda isə "Barselona" klub son 18 ildə daha çox titul qazana bilib. Klub son 18 ildə 30 titul qazana bilib və ortalama olaraq hər titul üçün 25.8 milyon avro transfer xərci olub. 

Real Madrid isə son 18 ildə 25 titul qazana bilib və hər titul kluba 32.4 milyon avro transfer xərcinə başa gəlib. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2018 - Bütün hüquqlar qorunur