"Beşiktaş" yeni hücumçu ilə razılaşdı

Futbolda

8 Yanvar 2018 0

"Beşiktaş" yeni futbolçu ilə razılığa gəldi. 

Futbolda.az xəbər verir ki, Cenk Tosun-un "Everton" klubuna transfer olunmasından sonra yaranan boşluğu doldurmaq üçün "Beşiktaş" klubu ABŞ yüksək liqasında çıxış edən Cyle Larin ilə razılığa gəldi. Futbolçu ilə 3+1 illik müqavilə imzalanacağı gözlənilir. 

ABŞ-ın "Orlando Siti" klubunda çıxış edən 22 yaşlı hücumçu Kanada vətəndaşıdır. 2017-ci ildə çıxdığı 17 matçdan rəqib qapılarında 8 top keçirməyi bacaran gənc futbolçunun Cenk Tosunun yerini dolduracağına ümid bəslənilir. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2018 - Bütün hüquqlar qorunur