"Liverpul"un Koutinyo ilə bağlı təklifi qəbul olunmadı

Futbolda

8 Yanvar 2018 0

"Liverpul" Koutinyo-nu icarəyə götürmək istəyirdi. 

Futbolda.az xəbər verir ki, "Liverpul" və "Barselona" klubları arasında Koutinyo transferi ilə bağlı razılıq əldə ediləndən sonra premyer liqa klubu Koutinyo-nu "Barselona"dan mövsüm sonuna kimi icarəyə götürmək təklifini etmişdir. 

Futbolçunun Çempionlar Liqasında "Barselona" heyətində çıxış edə bilməyəcəyini nəzərə alaraq Liverpul klubu futbolçunu mövsüm sonuna kimi icarə əsasında klubda saxlamaq istəyirdi. Bu təklif maliyyə baxımından "Barselona" üçün sərfəli olsa da, kataloniya klubu bundan imtina etdi. 

Qeyd edək ki, Koutinyo 160 milyon avro qarşılığında "Barselona" klubuna transfer olunub. 



Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2018 - Bütün hüquqlar qorunur