Pique: "Qvardiola ilə ÇL-nın finalında qarşılaşmaq istərdim"

Futbolda

16 Dekabr 2017 0

"Barselona" müdafiəçisi Jerar Pique keçmiş məşqçisi Qvardiola və Mançester Siti klubu haqqında maraqlı fikirlər bildirib. 

Telegraph Spor dərcinə verdiyi müsahibədə İspaniya millisinin üzvü Qvardiolanın Premyer Liqa-da uğur qazanacağına şübhə etmədiyini açıqlayıb. 

"Mən ona inanıram. Keçən mövsüm onun Siti ilə bir çox mükafatları qazanacağını düşünürdüm. Ona sadəcə Premyer Liqa-ya öyrəşməyə vaxt lazım idi." 

"Artıq bu mövsüm futbolçular onun nə istədiyini bilir və onların necə oynamalı olduqlarını anlayırlar." 

"Hazırda İngiltərə Premyer Liqasında möhtəşəm oyun göstərirlər və liqanı qazanmağa ən real namizəddirlər." 

"Mançester Siti ilə UEFA Çempionlar Liqasının finalında oynamaq istərdim" 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2018 - Bütün hüquqlar qorunur