2016-cı ilin ən yaxşı gənc futbolçusu heç kimə lazım deyil

Futbolda

15 Dekabr 2017 0

Yarımmüdafiəçi Renatu Sanşeş, böyük ehtimalla yanvarda “Suonsi”dən “Bavariya”ya geri dönəcək.

Klub, portuqaliyalı futbolçunu avqust ayında icarəyə götürüb. Anlaşma, bu mövsümün sonuna qədər nəzərdə tutulub.

Futbolçu, “Suonsi”də özünü yaxşı tərəfdən göstərə bilməyib. O, bu mövsüm premyer-liqanın 9 oyununda iştirak edib və tənqidlərə məruz qalıb.

Hər iki klub, icarənin gedişatından narazıdır. Sanşeş, “Bavariya”ya geri qayıdacağı təqdirdə, bu mövsüm iki klubun heyətində meydana çıxdığından, 3-cü komandaya transfer ola bilməyəcək. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2018 - Bütün hüquqlar qorunur