Avrokuboklarda püşkatma həyəcanı

Futbolda

11 Dekabr 2017 0

Bu gün Bakı vaxtı iə saat 15:00-da, İsveçrənin Nyon şəhərində, Çempionlar  Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Qruplarını lider kimi başa vuran “Barselona”, “Beşiktaş”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Pari Sen-Jermen” və “Roma” 1-ci səbətdə yer alacaq.

Eyni ölkə və qrupdan komandaların qarşılaşa bilməyəcəyi püşkatmaya ikinci səbətdən “Bazel”, “Bavariya”, “Çelsi”, “Yuventus”, “Portu”, “Real”, “Sevilya” və “Şaxtyor” daxil olacaq.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçları 13/14 və 20/21 fevral, cavab oyunları isə 6/7 və 13/14 mart tarixlərində baş tutacaq. Qruplarını lider başa vuran komandalar, cavab matçlarını öz meydanlarında oynayacaq.

UEFA Avropa Liqasının 1/16 final mərhələsinin cütlükləri, Bakı vaxtı ilə saat 16:00-da bəlli olacaq. Bu mərhələnin görüşləri, 15 və 22 fevral tarixlərində baş tutacaq. 

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2018 - Bütün hüquqlar qorunur